Şaxtadan ölənlərin sayı 9-a çatdı

Şaxtadan ölənlərin sayı 9-a çatdı
  31 Dekabr 2015    Oxunub:1751
Meksikanın şimalında güclü şaxtalar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, ölənlərin üçü Çiuaua ştatının sakinləridir. Bundan əvvəlcə yerli hakimiyyət orqanları Sonora ştatında 6 nəfərin öldüyünü bildirmişdi. Onlardan ikisi evlərini qızdırarkən dəm qazından, biri isə donvurmadan dünyasını dəyişib.

15 dərəcəyədək şaxta və güclü qar səbəbindən Çiuaua ştatının 40 inzibati rayonunda yollar bağlanıb, turizm bölgəsindəki Basaseaçi şəlaləsində güclü qara görə 60 avtomobilin hərəkəti iflic olub.

Meksika son 50 ildir, güclü şaxtalardan əziyyət çəkir. 2006-cı ilin yanvarında ölkənin şimal və mərkəzi ştatlarında özünü göstərən güclü qar və şaxta 57 nəfərin ölümünə səbəb olmuşdu.


Teqlər:  





Xəbər lenti