Putin Türkiyə ilə müqaviləni dayandırdı

Putin Türkiyə ilə müqaviləni dayandırdı
  31 Dekabr 2015    Oxunub:2334
Rusiya Prezidenti Vladimir Putin Nazirlər Kabinetinin Türkiyə ilə mülki, ticarət və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsinə dair müqaviləyə xitam verilməsi təklifini qəbul edib.
Bu barədə AzVision.az `RİA Novosti`-yə istinadən xəbər verir.

“Rusiya XİN-ə Türkiyə tərəfinə müvafiq xəbərdarlıq etmək tapşırılır”, - deyə Putinin imzaladığı sərəncamda bildirilir.

Xatırladaq ki, Rusiya – Türkiyə arasında müqavilə 1997-ci ilin dekabrın 15-də imzalanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti