Ankarada böyük fəlakətin qarşısı alındı

Ankarada böyük fəlakətin qarşısı alındı
  30 Dekabr 2015    Oxunub:1595
Yeni il ərəfəsində Türkiyənin paytaxtı Ankarada terror törətməyə hazırlaşan iki canlı bomba saxlanılıb.
Ankarada təhlükəsizlik orqanlarının səhər saatlarında apardığı əməliyyatda Türkiyə vətəndaşı olan iki İŞİD üzvü nəzarətə alınıb.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, türk vətəndaşı, “İraq-Şam İslam Dövləti” (IŞİD) üzvü olan terrorçuların üzərindən partlayıcı qurğu aşkarlanıb.

İŞİD terror qruplaşmasının yeni il ərəfəsində Türkiyə və bəzi Avropa ölkələrində terrora hazırlaşdıqları və kəşfiyyat məlumatları apardıqları məlum olub. Buna görə, bəzi terrorçuların hərəkət etmək üçün Suriyadan digər ölkələrə getdiyi deyilir.

Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti