Putin “iki” aldı

Putin “iki” aldı
  30 Dekabr 2015    Oxunub:2878
Bloomberg-in sorğu keçirdikləri analitiklər Rusiya prezidenti Vladimir Putinin, baş nazir Dmitri Medvedevin, Rusiya hökumətinin, Maliyyə Nazirliyini və Mərkəzi bankın iqtisadi fəaliyyətini qiymətləndiriblər.
Analitiklərin fikrincə, Rusiyada ən pis iqtisadçı prezident Vladimir Putin olub, o, ən aşağı qiymətləri alıb: sorğuda iştirak edən 22 ekspertin 27%-i Putinə “F” (“bir”), 50%-i “D” və “C”, yəni “iki” və “üç” verib. Sorğuda iştirak edən bir analitik isə Putinə “A” (“əla”) verib.

“Rusiya iqtisadiyyatının başlıca çətinlikləri, Rusiyanın Ukraynaya qarşı yürütdüyü siyasətə görə, ona qarşı tətbiq edilən iqtisadi sanksiyalarla bağlıdır”, - deyə Swedbank AB-nin baş iqtisadçısı qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti