Kitab bayramı keçiriləcək

Kitab bayramı keçiriləcək
  02 May 2013    Oxunub:1315
Mayın 4-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Filarmoniya bağında Milli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş kitab bayramı keçiriləcək.
Kitab bayramında Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi Yaqub Mahmudovun “Heydər Əliyev ideyalarının zəfər yürüşü” (Azərbaycan və rus dillərində) kitabının təqdimat mərasimi, ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş uşaq musiqi və incəsənət məktəblərinin musiqi nəzəriyyəsi fənləri üzrə üçüncü ümumşəhər, kitabxanaların oxucuları arasında keçirilmiş şeir, “Mən niyə naşir olmaq istəyirəm?”, birinci ümümrespublika kitab sənəti müsabiqələrinin qaliblərinin mükafatlandırılması olacaq.

Kitab bayramında həmçinin tanınmış yazıçı və şairlərin kitablarının imza mərasimləri keçiriləcək, Milli Məclisin deputatı, Xalq Şairi Sabir Rüstəmxanlı, Xalq Yazıçısı Çingiz Abdullayev, tanınmış ədiblər Aqil Abbas və Elxan Elatlının oxucularla görüşü reallaşacaq.

Tədbirdə ölkənin 50-dən çox tanınmış nəşriyyatları, kitab evləri və yayım assosiasiyaları iştirak edəcək və gələn qonaqlara hədiyyə kitablar təqdim olunacaq.


Teqlər:  





Xəbər lenti