“PKK-nın Türkiyədə qadağan olunmuş liderləri Cəmil Bayık və Mustafa Karasu 2024-cü ildə keçiriləcək yerli seçkilərdən əvvəl nəzarət etdikləri KİV-lər vasitəsilə təlimatlar ötürüblər. Bundan başqa, İmamoğlu PKK-ya bağlı struktur olan Xalqların Demokratik Partiyası (HDK) ilə əməkdaşlıq edib”, - nəşr bildirir.
Qeyd edək ki, bundan əvvəl İstanbul prokurorluğu şəhərin meri və türk müxalifət lideri Əkrəm İmamoğlu, habelə onun köməkçisi Murad Öngün də daxil olmaqla 105 dövlət qulluqçusu və siyasi fəalın həbsinə qərar verib.
![]() |
Əkrəm İmamoğlu saxlanılıb |
- Əkrəmlə nəsə baş verdiyi halda prezidentliyə namizədlikdən danışmaq düzgün deyil. Hazırda namizədlər mövzusunu tamamilə bağlamışam. Prioritet Əkrəmə bəraət verilməsidir. Bundan istifadə edib mənasız işlər görmək əxlaqsızlıqdır. Şərtlər bərabər olmasa, namizədliyi belə nəzərdən keçirməyəcəyəm”, - Mənsur Yavaş bildirib.
Türkiyənin ana müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl isə İstanbul merinin saxlanmasını və bu müstəvidə atılan addımları “hakimiyyətin çevriliş cəhdi” kimi qiymətləndirib.
"Mən İstanbula gedirəm. Orada mitinqlərin keçirilməsinə 4 günlük qadağa qoyulub və cəmi dörd gündən sonra CHP-də praymeriz baş tutacaq. Dörd günlük qadağa bu qrafiklə üst-üstə düşür. Əkrəm İmamoğlu artıq dörd dəfə Türkiyə prezidenti Tayyib Ərdoğanın irəli sürdüyü namizədləri məğlub edib və Ərdoğanın özü də İmamoğlunun yenə qalib gələcəyini görür. Bir sıra sorğulara əsasən, CHP-nin populyarlığı 20% yüksəkdir”, - partiya sədri iddia edib.
Həmçinin Əkrəm İmamoğlunun diplomunun ləğvi barədə prokurorluğun qərarını etibarsız adlandıran Özgür Özəl, inzibati məhkəmənin bu verdikti ləğv edəcəyinə inandığını bildirib.
CHP-nin sözçüsü Deniz Yücel isə partiya tərəfdarlarını küçələrə çıxmağa çağırıb: “Bütün vətəndaşlarımızı bu gün saat 14:00-da öz vilayət və rayonlarında partiya binasına getməyə dəvət edirik. Biz Əkrəm İmamoğlunu və yoldaşlarımızı dəstəkləyirik”.
— Newsfeed (@Newsfeed883920) March 19, 2025
Sahil İsgəndərov
AzVision.az