Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq

   Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq
  19 Mart 2025    Oxunub:536
Azərbaycanda süni intellekt sahəsində istedad və bacarıqların təkmilləşdirilməsi məqsədilə Süni İntellekt Akademiyası yaradılacaq.
Bu Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi "2025–2028-ci illər üçün süni intellekt Strategiyası"nda öz əksini tapıb.

Strategiya çərçivəsində 2026-2027-ci illərdə Süni İntellekt Akademiyasının fəaliyyəti çərçivəsində ən azı 2 nüfuzlu xarici universitetlə (dünya reytinqində ilk 10 pillədə qərarlaşan) süni intellektin tədrisi sahəsində əməkdaşlığın təmin edilməsi, süni intellekt sahəsində 500 mühəndisin yetişdirilməsi, 3 000 nəfərlik süni intellekt icmasının formalaşdırılması nəzərdə tutulub.

Eyni zamanda süni intellekt və məlumat idarəetməsi üzrə kadr potensialının gücləndirilməsi üçün yarışma platformasının istifadəyə verilməsi, süni intellektlə bağlı məlumat və resurslar üçün platformanın yaradılması, müxtəlif dövlət orqanlarından (qurumlarından) 500 əməkdaşın “Menecerlər üçün süni intellekt” təlimlərindən məzun olması, interaktiv tədris platformasında istifadəçilərin sayının 10 000-ə çatdırılması, yarışma platformasında ümumilikdə 1 000 istifadəçi ilə 10 yarışmanın keçirilməsi hədəflənir.

AzVision.az


Teqlər:





Xəbər lenti