Trampın müşaviri Putinin köməkçisi ilə telefon danışığı aparıb

Trampın müşaviri Putinin köməkçisi ilə telefon danışığı aparıb
  19 Mart 2025    Oxunub:481
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsla Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Mayk Uolts açıqlama verib.

O bildirib ki, ölkəsi Rusiya və Ukrayna ilə "məkik diplomatiyası"nın bütün sahələri üzrə birgə fəaliyyəti davam etdirir.

“Biz razılaşdıq ki, texniki qruplarımız yaxın günlərdə Ər-Riyadda görüşəcək, onlar Prezident Trampın Rusiyadan əldə etdiyi qismən atəşkəsin tətbiqi və genişləndirilməsinə diqqət yetirəcəklər”, - o qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti