Ombudsman Aparatı və Bakı Limanı maarifləndirmə tədbiri təşkil edib

Ombudsman Aparatı və Bakı Limanı maarifləndirmə tədbiri təşkil edib
  19 Mart 2025    Oxunub:459
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Bakı Limanının təşkilatçılığı ilə Ələt qəsəbəsində yerləşən bir sıra məktəblərin şagirdləri üçün ölkə Prezidentinin Sərəncamı ilə 2025-ci ilin respublikamızda “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar maarifləndirmə tədbiri təşkil olunub.

Tədbirdə Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov şagirdlərə Konstitusiyanın mahiyyəti, əhəmiyyəti, ölkəmizdəki inkişaf mərhələləri, hazırda bu mühüm sənəddə dövlətin ali məqsədi kimi təsbit edilmiş insan və vətəndaş hüquqları və azadlıqları, onların müdafiə mexanizmləri, həmçinin Ombudsmanın bu sahədəki fəaliyyəti barədə ətraflı məlumat verib.

Yekunda şagirdlərə “Uşaqlar üçün Azərbaycan Respublikasının Konstitusiyası” və bir sıra kitablar hədiyyə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti