HƏMAS: "Danışıqlara açığıq"

      HƏMAS:    "Danışıqlara açığıq"
  19 Mart 2025    Oxunub:661
İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağını dünəndən etibarən yenidən bombalamağa başlaması fonunda Fələstinin iranyönümlü HƏMAS qruplaşması bu ölkə ilə atəşkəs danışıqları pəncərəsini bağlamadığını diqqətə çatdırıb.
Bu barədə qruplaşmanın mətbuat xidməti üzrə nümayəndəsi Tahir Əl-Nunu "Agence France-Presse" xəbər agentliyinə bildirib. O vurğulayıb ki, atəşkəs sazişi "razılaşdığı kimi yerinə yetirilməli, yeni saziş hazırlanmamalıdır".
HƏMAS: "Vasitəçilərlə danışıqlar aparırıq"

Əl-Nunu həmçinin İsraili "atəşkəsə sadiq qalmağa" çağırıb.

Xatırladaq ki, İsrail Ordusu dünən bu gecə saatlarından başlayaraq Qəzza zolağını yenidən atəşə tutmağa başlayıb. Aviazərbələr nəticəsində 300-dən artıq mülki vətəndaş həyatını itirib. Eyni zamanda, Fələstinin HƏMAS qruplaşmasının 5 ali nümayəndəsi: "Baş naziri", "daxili işlər naziri" və başqaları zərərsizləşdiriliblər. HƏMAS İsrailin zərbələrinə qarşı hələlik cavab verməyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   HƏMAS   İsrail   müharibə  





Xəbər lenti