Paşinyan: "Sülh sazişini imzalamağa hazıram"

    Paşinyan:  "Sülh sazişini imzalamağa hazıram"
  19 Mart 2025    Oxunub:571
Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi İrəvanın Azərbaycanla sülh sazişini imzalamağa hazır olduğunu söyləyib.
O bu barədə özünün "X" hesabında yazıb. Bildirib ki, ölkələr arasında sülh sazişi layihəsi razılaşdırılıb.

"Bu sənədə öz imzamı qoymağa hazıram", - Paşinyan vurğulayıb.

Xatırladaq ki, martın 13-də rəsmi Bakı və İrəvan saziş üzrə qalan iki bənd üzrə razılığa gələrək danışıqları başa çatdırıblar. Həmin bəndlər üçüncü qüvvələrin sərhədyanı ərazilərdən çıxarılması və beynəlxalq məhkəmələrdəki iddialardan qarşılıqlı imtina ilə əlaqədar idi.

Firudin Həmidli
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   sülh-sazişi  





Xəbər lenti