Mənuçöhr Bəxtiyari Kanada İnsan Haqları mərkəzinin mükafatını alıb

Mənuçöhr Bəxtiyari Kanada İnsan Haqları mərkəzinin mükafatını alıb
  08 Dekabr 2023    Oxunub:851
Kanadanın Beynəlxalq İnsan Haqları Mərkəzinin (ICHR) mükafatı 2023-cü il üçün Mənuçöhr Bəxtiyariyə verilib.
AzVision.az xəbər verir ki, bu barədə insan haqları mərkəzi X sosial şəbəkəsindəki hesabında belə məlumat yayıb.

“Bu il bu mükafat Kanada parlamentində xanım deputat Melissa Lentsman və ICHR-in direktoru Ərdəşir Zarezadə tərəfindən İranda siyasi məhbus olmuş Bəxtiyari ailəsinin qohumu Bəhmən Sadiqi Nura təqdim edili. Sonra Sadiqi Nur Mənuçöhr Bəxtiyarinin qardaşı cənab Mehrdad Bəxtiyarinin mesajını oxuyub”, - məlumatda deyilir.

Bu mükafat hər il Ümumdünya İnsan Hüquqları günü ilə eyni vaxtda insan hüquqlarının müdafiəsi üçün həyatlarını riskə atan hüquq müdafiəçilərinə, ədalət və azadlıqsevərlərə dəstək məqsədilə verilir.

Siyasi məhbus Mənuçöhr Bəxtiyari İranda etirazlar zamanı öldürülən oğlu Pouya Bəxtiyarinin qanının iddiaçısıdır. Oğlunun ölümündən sonra Mənuçöhr Bəxtiyari oğlunun və bütün öldürülənlərin həyatı üçün məhkəmə iddiası qaldırmaq məqsədilə beynəlxalq kampaniyaya başlayıb. Həbsxana, sürgün, işgəncə və ölkədən çıxış qadağası Mənuçöhr Bəxtiyarinin və onun həyat yoldaşının mübarizəsini və məhkəmə çəkişmələrini dayandıra bilməyib.
AzVision.az




Teqlər: Kanada   Bəxtiyari  





Xəbər lenti