İranın Qərbi Azərbaycan əyalətində Ağdərə kəndi mühasirəyə alınıb
Hökumət qüvvələrinin etirazçılara atəş açması nəticəsində yaralanan 3 kürd vətəndaş Urmiya və Zəncan xəstəxanalarına yerləşdirilib.
Ağdərəyə hücum zamanı Əlahiddə Ümumqoşun ordusu qüvvələri əhalinin evlərini və maşınlarını dağıdaraq, kənd camaatına külli miqdarda maddi ziyan vurub. Bazar günündən kənddə telefon və internet xəttləri kəsilib.
Qarşıdurmanın əsas səbəbi isə mədən rəhbərliyinin öz vədindən boyun qaçırması olub. Belə ki, prokurorluğun vəsatəniə əsasən, bu mədəndə kənddə yaşayan fəhlələr işə götürülməli idi. Lakin rəhbər qrup kənd sakinlərini işə götürməyə söz versə də, daha sonra bundan imtina edib, hətta bəzilərini işdən çıxarıb. Bu mədənin rəhbər qrupu böyük gəlirlərə malik olmasına baxmayaraq, nəinki rayon əhalisinin tələblərinə məhəl qoymayıb, hətta onların minimum tələblərini nəzərə almaqdan imtina edib. SEPAH isə nəticədə məhz mədən rəhbərliyinin mövqeyini dəstəkləyərək, yerli əhaliyə divan tutub.
Yeri gəlmişkən, bu hökumət qüvvələrinin kəndə ilk hücumu deyil. Bir neçə il əvvəl Ağdərə kəndinin bir qrup sakininin kəndin qızıl mədənində iş tapmaq üçün toplanışı münaqişəyə səbəb olmuşdu. Bundan əvvəl Ağdərə mədənində işdən qovulan 17 işçinin qamçılanması etirazlar dalğasına səbəb olmuşdu.
AzVision.az