Cənubi Koreya telefon dinləmələri ilə bağlı ABŞ-a müraciət etdi

Cənubi Koreya telefon dinləmələri ilə bağlı ABŞ-a müraciət etdi
  10 Aprel 2023    Oxunub:1059
Cənubi Koreya prezidentinin ofisi ABŞ-dan Koreyanın yüksək rütbəli təhlükəsizlik məmurlarına qarşı ABŞ-ın casusluğu iddiası ilə bağlı xəbərlərə görə müvafiq tədbir görməsini tələb edəcək.
Bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb. Prezident administrasiyası həmçinin bildirib ki, faktların yoxlanması əsas prioritetdir və potensial kəşfiyyat məlumatlarının təhrif edilməsi və prosesə üçüncü tərəflərin müdaxiləsi istisna oluna bilməz.

Bundan əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Seulun Ukraynaya silah tədarükü ilə bağlı daxili debatlarını dinləməsi barədə məlumat yayılmışdı.

Gizli sənədlərə görə, əvvəllər Vaşinqtona artilleriya mərmiləri satmağa razılıq verən Seul ABŞ ordusunun onların son istehlakçısı olacağına təkid edirdi. Buna baxmayaraq, Cənubi Koreya Prezidenti Yun Suk Yolun köməkçiləri amerikalıların Kiyevə mərmi göndərəcəyindən narahat idilər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti