Azərbaycana turist axını 4 % artıb

   Azərbaycana turist axını 4 % artıb
  06 Fevral 2025    Oxunub:302
Bu ilin yanvar ayında Azərbaycana 172 min 653 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib.
AzVision.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 % çoxdur.

Hesabat dövründə Azərbaycana ən çox turist 41 490 nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (31 632 nəfər), 3-cü yerdə isə Hindistan (17 073 nəfər) qərarlaşıb.

Bundan başqa, ay ərzində İrandan 15 min, Gürcüstandan 8,7 min, Səudiyyə Ərəbistandan 6,1 min, Qazaxıstandan 5,5 min, Birləşmiş Ərəb Əmirliklərindən 5,4 min, Pakistandan 5,2 min, Küveytdən 3,7 min, Özbəkistandan 2,9 min, Türkmənistandan 2,8 min, Çindən 2,6 min, Ukraynadan 2,4 min, İsraildən 2 min turist gəlib.

AzVision.az



Teqlər:





Xəbər lenti