Rusiya böyük hücuma hazırlaşır
![Rusiya böyük hücuma hazırlaşır Rusiya böyük hücuma hazırlaşır](https://azvision.az/photos/2025/02/KUPP-1738836242.jpg)
“Kupyanskı tutmaq üçün həm də şəhərin cənubunda Oskol çayını keçmək lazım gələcək”, - nəşr Ukrayna Müdafiə Strategiyaları Mərkəzinin (UMMM) bəyanatından sitat gətirir.
Məlumatda irəliləyən rusların bir neçə həftə əvvəl onlar çayı keçərək Kupyanskın şimalında yerləşən Novomlinsk kəndini tutduqları bildirilir. Bundan əlavə qüvvələrin bir hissəsini Oskol vasitəsilə Novomlinsk və Kupyansk arasındakı Dvureçnoye kəndinə köçürdükdən sonra qəsbkarların üç il gedən döyüşlər zamanı demək olar ki, dağıdılmış müharibədən əvvəlki körpünü əvəz edərək Oskol üzərində keçid tikmək üçün bu plasdarmı genişləndirməyə çalışacaqları vurğulanır.
“Forbes” körpülərin inşası səylərinin yarışa çevrilə biləcəyini istisna etməyib - adətən rus mühəndisləri ponton körpüləri tikir, Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) isə üzən aralıqları bombalayır.
- Kupyansk yaxınlığında qüvvələrin, o cümlədən 1-ci Tank Ordusunun hissələrinin əhəmiyyətli dərəcədə cəmləşməsini nəzərə alaraq, komandamız Rusiya qüvvələrinin şəhərə birbaşa hücuma hazırlaşdığını düşünür. Bu toplanmanın miqyası onu göstərir ki, Kupyanskın təhlükəsizliyini təmin etmək Rusiya hərbi komandanlığı üçün yüksək prioritetdir”, - “Frontelligence Insight” analitik qrupunun ekspertləri bildiriblər.
Ümumiyyətlə, Kupyanskdakı vəziyyətdən narahatlığını gizlətməyən qrupun kollektivi qarşıdakı dövrdə vəziyyətin sürətlə pisləşməsinin real olduğunu görür.
Sahil İsgəndərov
AzVision.az