Balıqçılar 10 kq-dan çox narkotiklə tutuldu

   Balıqçılar 10 kq-dan çox narkotiklə tutuldu
  11 Mart 2025    Oxunub:747
Xəzər dənizi vasitəsi ilə Azərbaycana 10 kiloqramdan artıq narkotik keçirməkdə şübhəli bilinən balıqçılar saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, DSX-nin Sahil Mühafizəsi Komandanlığının xidməti ərazisində dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında balıqçılıq fəaliyyəti ilə məşğul olan Lənkəran rayon sakinləri – 1979-cu il təvəllüdlü Mustafayev Dəyanət Ələddin oğlu və 1980-ci il təvəllüdlü Ağaoğlu Elşən Əliş oğluna məxsus üzmə vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 10 kiloqram 385 qram narkotik vasitə marixuana aşkarlanıb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti