Hesabat I 23 kütləvi məzarlıq aşkarlanıb

      Hesabat I    23 kütləvi məzarlıq aşkarlanıb
  10 Mart 2025    Oxunub:887
Azad olunmuş ərazilərdə 2021-ci ilin fevral ayından etibarən aparılan qazıntı işləri nəticəsində 23 kütləvi məzarlıq müəyyən edilib.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən təşkil olunan itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatında qeyd olunub. Qeyd olunub ki, bu məzarlıqlardan ümumilikdə 187 nəfərin meyit qalıqları aşkarlanaraq istintaqa təhvil verilib :

"Ötən dövr ərzində ailələrdən bioloji nümunələrin götürülməsi davam etdirilib, DNT profilləri çıxarılıb. Həmin məzarlıqlarda itkin düşmüş azərbaycanlılara aid olan insan qalıqları aşkarlanıb".

Bundan başqa Birinci Qarabağ mübaribəsində şəhid olmuş və şəxsiyyəti müəyyənləşdirilmədən dəfn olunan 192 nəfərə yaxın insan qalıqları ekshumasiya edilib. 2025- ci il martın 1-nə olan məlumata əsasən 165 nəfərin şəxsiyyəti dəqiqləşdirilib və ailələrinə təhvil verilib.

Bildirilib ki, Ermənistan münaqişə dövründə beynəlxalq hüquq normalarını pozub: " Mülki şəxslər girov götürülüb, onlara və hərbi əsirlərə qarşı qeyri-insani rəftar edilib, işgəncə verilib, məhkəmə hökmü olmadan azadlıqdan məhrum edilib və edam olunub ".

Eyni zamanda vurğulanıb ki, insanlar kütləvi şəkildə, dəfn adətlərinə riayət olunmadan basdırılıb, habelə məzar yerləri gizlədilib və qəsdən məhv edilib: "Bu kimi ağır cinayətlərin törədildiyi nəzarə alınmaqla bundan sonra da bu cür məzarlıqların sayının artması gözlənilir".

AzVision.az


Teqlər:





Xəbər lenti