"Bizi zalım rejimin əlindən qurtarın, sizi nəğmələrlə, gül-çiçəklə qarşılayarıq! İsrail mətbuatını baş verən qətliamı işıqlandırmağa çağırırıq", - ələvi şeyxlərinin adından yazılan məktubda deyilir.
![]() |
Suriyada iki gündə 1000 nəfər ölüb |
Digər tərəfdən, İsrailin xarici işlər naziri Gideon Saar Almaniyanın "Bild" qəzetinə müsahibəsində söyləyib ki, Avropa İttifaqı "Suriyadakı yeni hökumətə qarşı mövqeyini birmənalı dəyişməlidir".
"Avropa ölkələri artıq ayılmalı, Suriyanın yeni rejiminin iç üzünü görməli, onların terrorçu keçmişini xatırlayaraq bu rejimi legitimləşdirməkdən əl çəkməlidir", - nazir vurğulayıb.
Saarın sözlərinə görə, bütün Avropa ölkələrindən nümayəndələr son aylarda Suriyanın keçid hökumətinin prezidenti Əhməd Əş-Şərəə ilə görüşmək üçün Dəməşqə axışır.
"Bu yolverilməzdir. Unutmamalıyıq ki, Suriyanın yeni rəhbərləri vaxtı ikən radikal islamçı qruplar idi. Donlarını dəyişib kostyum geyinsələr də, məğzləri dəyişməyib", - İsrailin baş diplomatı deyib.
Gideon Saarın bu ifadələri Suriya ələvilərinin İsrailə pənah gətirməsinə müəyyən mənada cavab kimi qiymətləndirilə bilər. Maraqlıdır ki, hazırda Əş-Şərəə hökumətindən şikayətlənən ələvilərin vəziyyəti, əslində, Əsəd ailəsinin vaxtında da fərqli deyildi. Hərçənd sabiq prezident Bəşər Əsəd özü də ələvi idi, ancaq o öz "din qardaşları"nın dəstəyini onlara təzyiq göstərməklə qazanmışdı. Sələfi Əhməd Əş-Şərəə də hələ 2015-ci ildə Qətərin "Al Jazeera" telekanalına verdiyi müsahibədə söyləmişdi ki, "Suriyada ələvi, şiə, dürzi və xristian azlıqlarına yer yoxdur".
Firudin Həmidli
AzVision.az