Kanadaya yeni baş naziri seçildi

   Kanadaya yeni baş naziri seçildi
  10 Mart 2025    Oxunub:964
Hakim Liberal Partiyasının rəhbəri vəzifəsini tutmaq üçün seçkilərdə qalib gələn Kanadanın Mərkəzi Bankının keçmiş rəhbəri Mark Karni baş nazir postunda Castin Trüdonu əvəz edəcək.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, 59 yaşlı Mark Karni 152 minə yaxın partiya üzvünün iştirak etdiyi seçkidə keçmiş maliyyə naziri Xristyu Frilanda qalib gələrək seçicilərin 86%-nin etimadını qazanıb.

Əvvəllər Kanada və İngiltərənin mərkəzi banklarına rəhbərlik etmiş Karni Kanadanın siyasi təcrübəsi olmayan ilk baş naziri olacaq. Onun hakimiyyətə gəlməsi prezident Donald Tramp tərəfindən başladılan ticarət müharibəsi fonunda baş verib. Karni deyib ki, Kanada Trampın onun iqtisadiyyatını zəiflətməsinə imkan verə bilməz.

Sekiqabağı kampaniya zamanı o, ABŞ-yə qarşı cavab rüsumlarını və investisiyaları stimullaşdırmaq üçün koordinasiya edilmiş strategiyanı dəstəklədiyini açıqlamışdı.

“İqtisadiyyatımızı zəiflətməyə çalışan biri var. Kanadalı işçilərə, ailələrə və müəssisələrə hücum edir. Biz onun uğur qazanmasına imkan verə bilmərik. Amerika Kanada deyil və heç vaxt və heç vaxt heç bir şəkildə və ya formada Amerikanın bir hissəsi olmayacaq. Bu mübahisəni biz başlamamışıq. Xokkeydə olduğu kimi ticarətdə da Kanada qalib gələcək. Amerikalıların resurslarımıza, suyumuza, torpağımıza, ölkəmizə ehtiyacı var. Əgər uğur qazansaydılar, bizim həyat tərzimizi məhv edərdilər”, - Kandanın baş naziri vəzifəsini tutacaq siyasətçi vurğulayıb.

Başçılıq edəcəyi hökumətinin sürətli və qeyri-standart addım atacağını deyən Mark Karni bildirib ki, əvvəllər təsəvvürə gəlməyəcək şeyləri qeyri-mümkün sayılan sürətlə etmək lazım gələcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kanada   Karni   başnazir  





Xəbər lenti