Laçında AZAL ilə birgə əmək yarmarkası keçirilib

Laçında AZAL ilə birgə əmək yarmarkası keçirilib
  10 Mart 2025    Oxunub:814
Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlər üçün aktiv məşğulluq proqramlarını davam etdirir.
AzVision.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına istinadən xəbər verir ki, agentlik tərəfindən “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə birgə Laçın rayonunda əmək yarmarkası təşkil olunub.

Yarmarkada bu il Laçında istifadəyə veriləcək Beynəlxalq Hava Limanında uçuşlаrın elektrik-işıq texniki təminаtı, rabitə, aerodrom istismarı, aviasiya təhlükəsizlik xidməti, texnоlоji аvаdаnlıqlаrın istismаrı, təmiri sаhəsi və s. işlər üzrə 110-dan çox vakansiya təqdim edilib.

Yarmarkada sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul olunaraq nəzərdən keçirilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.
Həmçinin tədbirə qatılan şəxslərə işğaldan azad olunmuş ərazilərimizdə icra olunan aktiv məşğulluq proqramları barədə də məlumatlar verilib.

AzVision.az



Teqlər: Laçın   yarmarka  





Xəbər lenti