"Bu obyektlərin Suriyanın cənubunda mövcudluğu həm İsrail dövləti, həm də İsrail Ordusunun əməliyyatları üçün təhlükə yaradır. Gələcəkdə də bu təhlükələri aradan qaldırmaq məqsədilə bu, ya digər obyektlər hədəfə alınacaq", - məlumatda vurğulanır.
Xatırladaq ki, son günlər Suriyada Prezident Əhməd Əş-Şərəənin rəhbərliyindəki hökumət qüvvələri ilə devrilmiş Bəşər Əsəd rejiminin tərəfdarları, eyni zamanda, ölkədəki ələvi icması arasında qanlı toqquşmalar meydana gəlir. İcmanın liderləri İsrailin Baş naziri Benyamin Netanyahu və xarici işlər naziri Gideon Saara təcili məktub göndərərək bu dövlətdən dəstək gözlədiklərini diqqətə çatdırıblar.
![]() |
Suriya ələviləri İsrailə pənah gətirirlər |
"Suriyada bizə qarşı zorakılıq törədilir, etnik təmizləmə səviyyəsində kütləvi qətllər həyata keçirilir. Bizi zalım rejimin əlindən qurtarın, sizi nəğmələrlə, gül-çiçəklə qarşılayarıq! İsrail mətbuatını baş verən qətliamı işıqlandırmağa çağırırıq", - ələvi şeyxlərinin adından yazılan məktubda deyilir.
Digər tərəfdən, İsrailin xarici işlər naziri Gideon Saar Almaniyanın "Bild" qəzetinə müsahibəsində ələvilərinin İsrailə pənah gətirməsinə müəyyən mənada cavab kimi söyləyib ki, Avropa İttifaqı "Suriyadakı yeni hökumətə qarşı mövqeyini birmənalı dəyişməlidir".
Firudin Həmidli
AzVision.az