Şimali Makedoniya Prezidenti: Azərbaycan beynəlxalq münasibətlərdə çox fəaldır

      Şimali Makedoniya Prezidenti:    Azərbaycan beynəlxalq münasibətlərdə çox fəaldır
  11 Mart 2025    Oxunub:548
Azərbaycan beynəlxalq münasibətlərdə çox fəaldır.
Bu sözləri Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

“Sonuncu görüş zamanı burada iqlim konfransı təşkil edilmişdi. İndi isə növbəti dəfə tədbir keçiriləcək və orada dünyanı narahat edən əsas çağırışlar müzakirə olunacaq. Bu da yaxşı fürsətdir, çünki bu il biz ölkələrimiz arasında diplomatik münasibətlərimizin otuzuncu ildönümünü qeyd edirik. Düşünürəm ki, həmin tarixin bu görüşlə üst-üstə düşməsi yaxşı haldır”, - deyə Prezident vurğulayıb.


AzVision.az


Teqlər:





Xəbər lenti