İstefaya gedən Trüdo tarixə belə düşdü

İstefaya gedən Trüdo tarixə belə düşdü
  11 Mart 2025    Oxunub:556
Kanada hökumətinin keçmiş rəhbəri Castin Trüdo istefa verdikdən sonra İcmalar Palatasından kreslosunu çıxarıb və kamera qarşısında dilini göstərib.
AzVision.az xəbər verir ki, onun bu şəkli sosial mediada tez bir zamanda marağa səbəb olub və bir çoxları Trüdonu yumor hissinə görə tərifləyiblər.

Qeyd edək ki, parlamentin qaydalarına görə, səlahiyyət müddəti başa çatan deputat palatadakı oturacağının surətini ala bilər.

Xatırladaq ki, hökumətinin miqrasiya siyasətindən narazılıq və yüksək inflyasiya fonunda Trüdo baş nazir vəzifəsini tərk etmək qərarını açıqlamışdı.

Lakin onun son hərəkəti əslində Kanada hökumətinə 10 il ərzində qeyri-ciddi və daha çox təlxəkliyə meylli bir siyasətbazın rəhbərlik etdiyini sübuta yetririr.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Trüdo   kreslo   dil  





Xəbər lenti