Bakıda “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
-1741683675.jpg)
Eyni zamanda tədbirdə Türkiyənin ən böyük daşınmaz əmlak şirkətlərindən olan “NEF”in İdarə Heyətinin sədri və “Galatasaray”ın sabiq rəhbərlərindən biri olan nüfuzlu iş adamı Erden Timur da yer alacaq. O, tədbir çərçivəsində dayanıqlı tikintinin gələcəyi, daşınmaz əmlak sektorunda liderlik və şəhər infrastrukturunun yeni trendləri haqqında dəyərli fikirlərini və təcrübələrini bölüşəcək.
“Dayanıqlı Tikinti Zirvəsi” özəl və dövlət müəssisələrinin nümayəndələri, icraçı direktorlar, şirkət rəhbərləri, dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarlarla karbon emissiyalarının azaldılması və sıfırlanması istiqamətində atılmış strateji addımları, eyni zamanda inşaat və şəhərsalma sahələrində tətbiq olunan qabaqcıl yanaşmaları müzakirə etmək üçün platforma rolunu oynayacaq. İnşaat sektorunun nümayəndələrini və maraqlı tərəfləri bir araya gətirərək, davamlı əməkdaşlığı təşviq etməklə öhdəliklərin yerinə yetirilməsini gücləndirəcək və ölkənin iqlim məqsədlərinə çatmaq səylərinə töhfə verəcəkdir. Bu Zirvə Azərbaycanda davamlı yaşıl tikinti və ətraf mühitin mühafizəsi sahəsindəki qlobal trendlərə inteqrasiyasını daha da möhkəmləndirməyi hədəfləyir.
Teqlər: Sənaye-Təhlükəsizliyi