Kiyev öz gücü hesabına da döyüşməyə hazırdır

“Ukraynada hərbi istehsal müharibənin ilk günlərindən qarajlarda və kiçik fabriklərdə inkişaf edib və 2024-cü ilə qədər hökumətin satınalma imkanlarını üstələyib. Ukrayna sənayesi artıq Qərbin atəş gücü çatışmazlığını təmin edə bilib və bir neçə şirkət qlobal səviyyəyə çatıb”, - keçmiş Müdafiə naziri Andrey Zaqorodnyuk deyib.
Daha bir sabiq Müdafiə naziri Aleksey Reznikov isə bildirib ki, Ukrayna hətta Qərb texnologiyaları ilə rəqabət apara biləcək yeniliklərə malik ən böyük hərbi laboratoriyaya çevrilib. O, ABŞ-nin hərbi dəstəyinin sona çatmasının cəbhədəki vəziyyətə böyük təsir göstərməyəcəyinə əmindir. Çünki son üç ildə müharibə kəskin şəkildə dəyişib və pilotsuz təyyarələr tank dəstələrini effektiv şəkildə məhv edə bilir.
Bununla belə, müdafiə sənayesindəki nailiyyətlərə baxmayaraq, Andrye Zaqorodnyuk ABŞ-nin dəstəyinin olmamasının hələ də, xüsusilə raketlər, hava hücumundan müdafiə (HHM) və kəşfiyyat sahəsinə zərbə vuracağını düşünür. Eyni zamanda, Ukrayna müdafiə sənayesinin tərəfdarlarının fikrincə, ABŞ-nin uzaqmənzilli sistemlərinə yerli alternativ yalnız gələn ildə peyda olacaq.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ukrayna təkbaşına müharibə