Trampın fərmanı məhkəmə “düyün”ünə salınıb

   Trampın fərmanı məhkəmə “düyün”ünə salınıb
  06 Fevral 2025    Oxunub:247
ABŞ-nin Merilend ştatının məhkəməsi prezident Donald Trampın doğuş hüququna əsasən vətəndaşlıq verilməsini məhdudlaşdıran fərmanını bloklayıb.
AzVision.az “New York Times (NYT)” qəzetinin yaydığı məlumata istinadən xəbər verir ki, məhkəmə sözügedən sərəncamın ABŞ Konstitusiyasına düzəlişləri pozur.

“İcra sərəncamı ABŞ Konstitusiyasına 14-cü Düzəlişin sadə müddəalarına, doğumla 250 illik vətəndaşlıq ənənəsinə və Ali Məhkəmənin müəyyən etdiyi 125 illik məcburi presedentə ziddir”, - Merilend ştatının dairə hakimi Debra Bordman bildirib.

Hakim Alixan Trampın fərmanına qarşı çıxıb
Hakim, həmçinin Ədliyyə nazirliyindən Tramp administrasiyasının 14-cü Düzəlişi şərhini gücləndirə biləcək halların adını çəkməyi xahiş edib. “NYT” qeyd edir ki, Merilend işi vətəndaşlıq qərarı ilə bağlı açılan doqquz iddiadan biridir.

- İki həftə əvvəl Sietldəki məhkəmə sərəncamı müvəqqəti olaraq bloklayıb. Amma Merilend məhkəməsinin qərarı bütün ölkəyə şamil edilir və Sietl məhkəməsinin qərarından fərqli olaraq, onun qüvvədə qalması müddəti sonsuzdur. Əksər hallarda ilkin qərar yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilənə və ya iş üzrə qərar verilənə qədər qüvvədə qalır”, - qəzet yazır.

Doğuş əsasında Amerika vətəndaşlığını almaq hüququnu məhdudlaşdıran fərman Donald Trampın vəzifəsinin icrasına başladıqdan sonra imzaladığı ilk fərmanlardan biridir. Sənədə görə, uşaq doğulduğu zaman hər iki valideyn qanuni şəkildə, amma müvəqqəti yaşamaq üçün sənədlərlə, məsələn, turist və ya iş vizası ilə ABŞ-də olsa belə, vətəndaşlıq üçün müraciət edə bilməz. Eyni müddəa uşağın anası qeyri-qanuni ABŞ-də olduğu, atasının isə vətəndaş və ya daimi sakin olmadığı hallara da aiddir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Merilend   məhkəmə  





Xəbər lenti