Muzdla çalışanların orta aylıq əməkhaqqı min manatı ötüb
![Muzdla çalışanların orta aylıq əməkhaqqı min manatı ötüb Muzdla çalışanların orta aylıq əməkhaqqı min manatı ötüb](https://azvision.az/photos/2024/04/manat-1621836276-1711957195.jpg)
Bu il yanvarın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara görə 1 milyon 778,5 min nəfər olub, onlardan 882,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Məlumata görə, muzdla işləyənlərin 18,5 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,5 %-i təhsil, 13,5 %-i sənaye, 8,5 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 %-i tikinti, 6,3 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,8 %-i peşə, elmi və texniki fəaliyyət, 2,7 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 %-i maliyyə və sığorta fəaliyyəti, 15,1 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
AzVision.az
Teqlər: