İspaniya İsrailin təklifi ilə razılaşmayıb

   İspaniya İsrailin təklifi ilə razılaşmayıb
  06 Fevral 2025    Oxunub:283
Rəsmi Madrid Qəzzadan köçürələcək fələstinlilərə bu ölkədə sığınacaq verilməsinə dair İsrailin təklifini yolverilməz sayır.
Bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ölkənin Milli Radiosuna (RNE) müsahibə verib. O vurğulayıb ki, "qəzzaların məskəni yalnız Qəzzadır".

"Qəzza, şübhəsiz ki, gələcək Fələstin dövlətinin bir hissəsi kimi qalmalıdır. Öz qərarlarını suveren şəkildə verən İspaniya Qəzzada yalnız iki dövlətli həll yolunu dəstəkləyir. İstənilən üçüncü tərəf ona necə addım atacağını söyləyə bilməz", - nazir bildirib.
İsrail fələstinliləri Qəzzadan köçürür

Xatırladaq ki, İsrailin müdafiə naziri İsrael Kats ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü plan fonunda İsrail Silahlı Qüvvələrinə fələstinlilərin Qəzza zolağından könüllü surətdə çıxmaları üçün konkret plan hazırlamaq barədə əmr verib. Onun fikrincə, qəzzalıların xüsusilə İspaniya, İrlandiya, Norveç və s. ölkələrə təhlükəsiz şəraitdə köçmələri mümkündür.

"Çünki bu ölkələr HƏMAS-a qarşı mübarizəmizlə əlaqədar yalan ittihamlar irəli sürüb. Onlar fələstinlilərə sığınacaq verməsələr, deməli, ikiüzlüdürlər. Dünyanın hər yerindəki kimi qəzzalıların da ölkədən çıxma və mühacirət azadlığına icazə verilməlidir", - Kats deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İspaniya   İsrail   plan   etiraz  





Xəbər lenti