Tramp Vaşinqton qəzasından sonra aviasiya təhlükəsizliyi sisteminə yenidən baxılmasını təklif edib
![Tramp Vaşinqton qəzasından sonra aviasiya təhlükəsizliyi sisteminə yenidən baxılmasını təklif edib
Tramp Vaşinqton qəzasından sonra aviasiya təhlükəsizliyi sisteminə yenidən baxılmasını təklif edib](https://azvision.az/photos/2025/02/b1e75a36-79e8-39e4-884f-64704804d7de_850-1738862557.jpg)
“Bizim daha yaxşı avadanlıqlarımız olmalı idi. Nədənsə onlar (toqquşan təyyarə və helikopter) tam komplektləşməmiş olub. Məncə, helikopter yüksəkdə idi və biz dəqiq nə baş verdiyini öyrənəcəyik. Biz dispetçer məntəqələrimiz üçün əla kompüterləşdirilmiş sistem yaratmağa hazırlaşırıq. Tam yeni sistem olacaq, daha parça-parça yığılmış və köhnəlmiş sistem yox”, - o deyib.
Tramp qanunvericiləri ölkənin hava hərəkətinə nəzarət və aviasiya təhlükəsizliyi sistemlərində əhəmiyyətli texnoloji dəyişikliklər etməyə çağırıb.
Xatırladaq ki, “American Airlines” şirkətinə məxsus “Bombardier CRJ700” təyyarəsi Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında “Sikorsky H-60 Black Hawk” hərbi helikopteri ilə toqquşaraq Potomak çayına düşüb. Təyyarənin göyərtəsində 64, helikopterdə isə 3 nəfər olub. Qəza sonrası sağ qalan olmayıb.
AzVision.az
Teqlər: