Ermənistan hakimiyyətinin ürəyi səksəkədədir
![Ermənistan hakimiyyətinin ürəyi səksəkədədir Ermənistan hakimiyyətinin ürəyi səksəkədədir](https://azvision.az/photos/2025/02/PETT-1738916418.jpg)
Belə ki, hakim “Vətəndaş Müqaviləsi” partiyası Avropa İttifaqına (Aİ) üzvlük ərizəsi layihəsinin qəbulundan sonra Ermənistanın ciddi iqtisadi problemlərlə üzləşəcəyindən narahatlığını bildirir.
“Rusiya hətta Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması məsələsini qaldıra bilər ki, bu da ölkə iqtisadiyyatına güclü zərbə vura bilər. Bir neçə ay əvvəl Paşinyan və digər hökumət nümayəndələri ilə qapalı müzakirələr aparan“Vətəndaş Müqaviləsi” riskləri qiymətləndirilənə qədər Aİ-yə üzvlük ərizəsini hələlik yaddan çıxarmaq qərarına gəliblər”, - qəzet yazır.
Lakin əvvəllər “bizi orada xoş qarşılamırlar” deyən Paşinyan çoxlarını təəccübləndirərək, birtərəfli qaydada Aİ ilə bağlı proseslərə yaşıl işıq yandırdı. Mətbuat konfransında isə o, özünün təhlükəli qərarının məsuliyyətini xalqın üzərinə ataraq dedi ki, minlərlə vətəndaşın istəklərini yerinə yetirib, imza toplayaraq Ermənistanın avropalaşma yolu ilə getməsinə razılaşıblar.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ermənistan Aİ Rusiya