Aşağı liqa oyununda baş vermiş insident araşdırılır

Aşağı liqa oyununda baş vermiş insident araşdırılır
  07 Fevral 2025    Oxunub:312
AFFA U-17 Liqasının XXVI turunda keçirilən “Vətən” - “Neftçi” oyununda baş verən hadisəyə münasibət bildirib.
AzVision.az xəbər verir ki, milli assosiasiyanın yaydığı açıqlamada qeyd olunub:

“AFFA U-17 Liqasında keçirilən “Vətən” – “Neftçi” oyununda təəssüf ki, xoşagəlməz hadisələr baş verib. AFFA olaraq baş verən hadisəni pisləyirik. Hazırda araşdırma aparılır və AFFA İntizam Komitəsinin növbəti iclasında bununla bağlı qərar veriləcək”.

AzVision.az



Teqlər:





Xəbər lenti