Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verilib
  06 Fevral 2025    Oxunub:268
Fevralın 7-8-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a məlumat verilib ki, Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Ağdam, Salyan, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Biləsuvar, Ağcabədi, Cəlilabad, Mingəçevir, Tovuz, Şəmkir, Daşkəsən, Gəncə, Göygöl, Goranboy, Naftalan, Samux, Zərdab, İmişli, Füzuli, Beyləqan, Bərdə, Yevlax, Tərtər, Qax, Zaqatala, Şəki, Şamaxı, İsmayıllı, Qusar, Xaçmazda qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Şabran, Siyəzən, Xızı, Neftçala, Qobustan, Hacıqabulda isə şimal-qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

AzVision.az


Teqlər: hava   külək   xəbərdarlıq  





Xəbər lenti