Pakistanda terror aktı törədildi — Ölənlər var

Pakistanda terror aktı törədildi —    Ölənlər var
  06 Fevral 2025    Oxunub:314
Pakistanda nəzarət-buraxılış məntəqəsində terror aktı törədilib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, insident Xayber Paxtunxva əyalətinin şimal-qərbindəki Karak rayonundakı polis idarəsində baş verib.

Terror aktı nəticəsində 3 polis ölüb, 5 nəfər isə yaralanıb. Hüquq-mühafizə orqanları ərazidə əməliyyat-axtarış tədbirlərinə başlayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti