Lerikdə qarın hündürlüyü 21 sm-ə çatıb
![Lerikdə qarın hündürlüyü 21 sm-ə çatıb Lerikdə qarın hündürlüyü 21 sm-ə çatıb](https://azvision.az/photos/2025/02/12a016c1-d3c6-3496-8772-26598272e394_850-1738821941.jpg)
Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Lerikdə 21, Yardımlı 10, Qrızda 6, Göygöl, Şəki (Kişçay), Gədəbəydə 1 sm olub.
Şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Neftçala, Naftalanda 20 m/s, Culfa, Şabranda 18 m/s, Tərtərdə 16 m/s, Şahbuz, Hacıqabulda 15 m/s-dək güclənib. Bu sarı xəbərdarlığa uyğundur.
Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Qax, Zaqatala, Şəki, Qusar, Yevlax, Zərdab, Qrızda duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 13 dərəcəyədək şaxta qeydə alınıb.
AzVision.az
Teqlər: