Moskva “sərt sövdələşmə” təklif edir

   Moskva “sərt sövdələşmə” təklif edir
  06 Fevral 2025    Oxunub:279
Rusiya dialoqa açıqdır və yerdəki reallıqları nəzərə alaraq sərt sövdələşmə rejimində danışıqlara hazırdır.
AzVision.az xəbər verir ki, Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Rusiyanın özünün “konseptual və ideoloji cəhətdən” Qərbdən üz döndərdiyi və buna görə də ABŞ prezidenti Donald Trampla Ukrayna məsələsində razılığa gəlməyi “uzatdığı” barədə sualı şərh edərkən belə deyib. Onun sözlərinə görə, Rusiya“həqiqətən də Qərblə vicdanlı tərəfdaşlığa can atırdı.

“Amma bizi eşitmədilər və prinsipcə eşitmək istəmədilər. Rusiya sağ qala bildi və dünya geosiyasətində öz layiqli yerini bərpa etdi. “Qaydalara əsaslanan liberal qlobalist dünya nizamını təbliğ edən” Co Bayden administrasiyasının “son ukraynalıya qədər” hibrid müharibəsində Moskvanı “strateji məğlubiyyətə” uğratmaq planlarını alt-üst etdi”, - rusiyalı məmur bildirib.

Ryabkov deyib ki, bu kursun uğursuzluğu və administrasiyanın dəyişməsi fonunda, ikitərəfli münasibətlərin normallaşması, yəni qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında danışıqların aparılması istiqamətində ilk addım ABŞ tərəfindən atılmalıdır. Beləliklə, qərarlar və seçimlər Tramp və onun komandasına bağlıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ryabkov   ABŞ   Rusiya  





Xəbər lenti