Bakıya sulu qar yağacaq
![Bakıya sulu qar yağacaq Bakıya sulu qar yağacaq](https://azvision.az/photos/2025/02/+4+64-1738839941.jpg)
Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin fevralın 9-dək davam edəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensivləşəcəyi ehtimal olunur. Qeyri-sabit hava şəraiti ilə əlaqədar fevralın 7-10-da bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
AzVision.az
Teqlər: hava sulu-qar xəbərdarlıq