BQXK də Niferdən çıxarılır

   BQXK də Niferdən çıxarılır
  06 Fevral 2025    Oxunub:285
Niger hakimiyyəti Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) bu ölkəni tərk etməsi barədə müraciət göndərib.
AzVision.az bildirir ki, mənbəyə istinad edən “Frans Press” agentliyinin (AFP) yazdığına görə, Nigerlə BQXK arasında razılaşmalara xitam verilib.

Yerli media BQXK-nın ofislərinin bağlandığını və hökumətin qurumun əməkdaşlarının dərhal ölkədən getməsini əmr etdiyini bildirir. “AFP”-nin mənbəsinin məlumatına görə, humanitar təşkilatın bəzi əcnəbi əməkdaşları artıq ölkəni tərk etməyə başlayıblar.

ABŞ hərbçiləri Nigeri tərk etdi
BQXK-nın saytında təşkilatın Nigerin cənub-şərqindəki münaqişədən zərər çəkmiş əhaliyə yardım etdiyi qeyd olunub. Qurum Nigeriyanın şimal-şərqindəki hərbi toqquşmalardan qaçan insanlara da yardım göstərib. Təşkilat humanitar yardımların çatdırılması, yaralıların müalicəsi, su təchizatının təminatı, kəndlilərə və fermerlərə dəstək verməklə məşğul idi.

Xatırladaq ki, 2023-cü ilin yayında Nigerdə hərbi çevriliş baş verdikdən sonrabu ölkə Qərb dövlətləri ilə əlaqələri kəsməyə başlayıb. Niger həmçinin Aİ ilə iki müdafiə sazişindən imtina edib. Keçən ilin iyul ayında isə Niger hökuməti ABŞ hərbi kontingentinin ölkədən çıxarılmasına nail oldu.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   BQXK   Niger   tərk  





Xəbər lenti