Tramp adminsitrasiyası məhkəməyə verildi

   Tramp adminsitrasiyası məhkəməyə verildi
  07 Fevral 2025    Oxunub:371
Amerikanın Diplomatik Xidmət təşkilatı və Hökumət İşçiləri Federasiyası Ağ Evin Beynəlxalq İnkişaf Agentliyini (USAİD) bağlamaq cəhdlərini əngəlləmək üçün ABŞ prezidenti Donald Tramp administrasiyasına qarşı Kolumbiya dairəsi məhkəməsində iddia qaldırıblar.
AzVision.az Amerikanın “CNN” telekanalına istinadən xəbər verir ki, iddiaçılar Trampın bir sıra “konstitusiyaya zidd və qanunsuz hərəkətlər” etdiyini bildiriblər.

“Qlobal humanitar böhrana səbəb olan bu hərəkətlər USAİD əməkdaşlarının, qrant alanların və podratçıların mühüm işini qəfil dayandırıb. Onlar minlərlə amerikalıya işlərinin bahasına başa gəlir və ABŞ-nin milli təhlükəsizlik maraqlarını təhlükə altına qoyur”, - məhkəməyə təqdim olunan iddiada vurğulanır.

USAID bütün işçilərini məzuniyyətə göndərir
Həmkarlar ittifaqları ABŞ Konqresinin USAİD-i ləğv etmək səlahiyyətinə malik yeganə təşkilat olduğunu bildirir. İddiaçılar məhkəmədən Tramp administrasiyasının hərəkətlərini qeyri-qanuni elan etməyi və administrasiyaya “Konqres tərəfindən icazə verilməyən şəkildə USAİD-in fəaliyyətini dayandırmaq” barədə qərarının ləğvini əmr etməyi xahiş edirlər.

Xatırladaq ki, bundan əvvəl Tramp digər ölkələrə yardımı dayandıran fərman imzalayıb. Bazar ertəsi USAİD rəsmiləri Hökumətin Effektivliyi Departamentinin (DOGE) məmurlarına konfidensial məlumatlara giriş verməkdən imtina etdiklərinə görə administrativ qaydada məzuniyyətə göndəriliblər.

USAID-in xaricdəki əməkdaşlarına ABŞ-yə qayıtmaq üçün 30 gün vaxt verilib. Jurnalistlərin iddiasına görə, Tramp administrasiyası personalın sayını 10 mindən çox işçidən 300-dən az əməkdaşa qədər azaldıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   USAİD   Tramp   məhkəmə  





Xəbər lenti