ABŞ konqresmenləri Tayvana gəliblər

   ABŞ konqresmenləri Tayvana gəliblər
  06 Aprel 2023    Oxunub:1177
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri, respublikaçı Maykl Makkolun başçılıq etdiyi ABŞ konqresmenlərindən ibarət nümayəndə heyəti Tayvana gəlib.
AzVision.az xəbır verir ki, bu barədə NBC News mılumat yayıb.

Makkol bildirib ki, səfər ABŞ-ın Tayvanı dəstəklədiyinə dair Çin Kommunist Partiyasına siqnal göndərmək və Pekinin Tayvanı işğal etməzdən əvvəl iki dəfə düşünmələrini söyləməkdir.

ABŞ-ın həm Respublikaçı, həm də Demokratik partiyalarının nümayəndələri Tayvana gəliblər.

Amerikalı qanunvericilər ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkartinin səfərindən bir gün sonra Tayvana gəliblər. Makkartin Amerika siyasətçiləri ilə Tayvan prezidenti Tsay İnq-ven arasında görüşlər fonunda Vaşinqtonu “vahid Çin” prinsipini pozmaqda ittiham etdiyinə görə Çin hakimiyyətini tənqid edib.

AzVision.az


Teqlər:





Xəbər lenti