Avropa səmasında ABŞ və SSRİ-nin "nüvə tozları" aşkarlanıb
"Sahara" səhrasının tozu müntəzəm olaraq atmosferə qalxır və güclü hava axınları-küləklər vasitəsilə Avropaya daşınır. Alimlərin diqqəti toz fırtınalarının əsas mənbələrindən biri olan Əlcəzairin cənubundakı Regqan bölgəsinə yönəlib. Fransa 1960-cı illərdə nüvə sınaqlarını məhz burada həyata keçirirmiş.
2022-ci ilin martında baş verən güclü toz fırtınasından sonra alimlərin iştirakı ilə kütləvi araşdırma, müstəqil kampaniyalar başladılıb. Tədqiqatçılar altı Avropa ölkəsində 110 toz nümunəsi toplayıb və onların kimyəvi, radioaktiv tərkibini təhlil ediblər. Nəticələr gözlənilməz olub: izotop analizi göstərib ki, tozdakı radioaktiv izlər Fransa sınaqlarına uyğun gəlmir. Lakin bunlar 20-ci əsrin ortalarında ABŞ və SSRİ tərəfindən həyata keçirilən çoxsaylı nüvə partlayışlarının yaratdığı qlobal fona çox bənzəyib.
Tural Tağıyev
AzVision.az