Si Cinpin: "Çin Tayvan məsələsində güzəştə və kompromisə getməyəcək"
![Si Cinpin: "Çin Tayvan məsələsində güzəştə və kompromisə getməyəcək" Si Cinpin: "Çin Tayvan məsələsində güzəştə və kompromisə getməyəcək"](https://azvision.az/photos/2023/04/16807938012462728138_367x266-1680794821.jpg)
“Kim ÇXR-in Tayvan məsələsində güzəştə və kompromisə gedəcəyini gözləyirsə, öz ayağına güllə atmış olur. Bütün bunlar yerinə yetməyəcək arzulardır”, - deyə Si Cinpin bildirib. Onun sözlərinə görə, Çin hakimiyyəti və xalqı ada ətrafında səs-küy qaldırılmasına qarşıdır. Tayvan məsələsi Çinin əsas maraqlarının təməlində dayanır.
Qeyd edək ki, Çində vətəndaş müharibəsində məğlub olan Çan Kayşinin rəhbərlik etdiyi Qomindan ordusunun sığındığı Tayvan 1949-cu ildən bəri müstəqil administrasiya tərəfindən idarə olunur. O vaxtdan etibarən ada kommunist hakimiyyətindən öncəki Çin Respublikasının bayrağını və bəzi atributlarını qoruyub saxlayır. Rəsmi Pekin isə Tayvanı ÇXR-in əyalətlərindən biri hesab edir.
2022-ci ilin avqustunda ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra regionda vəziyyət gərginləşib.
Xatırladaq ki, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və Fransa Prezidenti Emmanuel Makron hazırda Çində səfərdədir.
AzVision.az
Teqlər: