İsrail atəşə tutuldu, Netanyahu təcili toplantı çağırdı

      İsrail atəşə tutuldu,    Netanyahu təcili toplantı çağırdı
  06 Aprel 2023    Oxunub:855
Livan ərazisindən İsrailin şimalına raket hücumları nəticəsində 3 nəfər yaralanıb. Bu barədə “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.
19 yaşlı yeniyetmə, 26 yaşlı kişi və 60 yaşlı qadına tibbi yardım göstərilib, onların həyatına heç bir təhlükə yoxdur.

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirib ki, Livandan atılan ən azı bir raketin hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

Ölkənin şimalında, Livan sərhədi yaxınlığında yerləşən bir sıra yaşayış məntəqələrində hava hücumu xəbərdarlığı edilib.

Baş nazir Benyamin Netanyahu təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə təcili toplantı çağırıb. “Kan” dövlət televiziyasının məlumatına görə, Bundan sonra Netanyahu əsas hökumət nazirlərinin iştirakı ilə hərbi-siyasi kabinetin iclasını keçirəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti