Simonyan: "Özünə hörməti olan erməni belə təhqirə dözməzdi"
“İlk növbədə, bu günlərdə məni dəstəkləyən hər kəsə təşəkkür etmək və bu müzakirələri birdəfəlik bağlamaq istəyirəm”, - Simonyan bildirib.
Parlament sədri vurğulayıb ki, demokratiya məmurların tənqidini nəzərdə tutur, lakin bəzən bu, təxribat xarakterli ola bilər. Buna baxmayaraq, yüksək rütbəli məmur təxribatlara boyun əyməməyə borcludur və ona həvalə edilmiş ciddi məsuliyyət çəkindirici vasitəyə çevrilməli idi.
Bununla bağlı Simonyan təəssüfləndiyini bildirib ki, “şəxsi təhqir onu özündən çıxarıb". Eyni zamanda, o, özünə hörməti olan istənilən erməninin belə təhqirə dözməyəcəyinə əminliyini ifadə edib.
“Bu, mənim üçün bir dərsdir, çünki görünür, mən və komandamızın digər üzvləri gələcəkdə oxşar hadisələrlə üzləşəcəyik”, -Simonyan yazıb. Siyasətçi siyasi müxalifəti “öz ritorikasına” və şəxsi təhqir taktikasına yenidən baxmağa çağırıb və sivil müzakirələrə qayıdıb.
Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan İrəvanın mərkəzində onu satqın adlandıran vətəndaşın gözünə tüpürüb.
Bu barədə “Ermənistan” fraksiyasından olan deputat Aspram Krpeyanla birlikdə vətəndaşın hüquqlarını qorumaq üçün polis idarəsinə gedən “Şərəf duyuram” fraksiyasından olan həmkarı Hayk Mamicanyan feysbuk hesablarında canlı yayımda bildirib.
“İrəvanın mərkəzində repatriant Karen Mkrtçyan parlamentinin sədrini görüb və “satqın” - deyə qışqırıb. Bundan sonra Alen Simonyan cangüdənlərinə Karenin qollarından tutmaq göstərişini verib, cangüdənlər Alenin göstərişini yerinə yetiriblər, Simonyan Kareni nalayiq sözlərlə söyüb, bundan sonra vətəndaşın gözlərinə tüpürüb.
O, bunu vətəndaşın çoxsaylı mühafizəçiləri tərəfindən saxlanmasından istifadə ilə edib. Bundan sonra mühafizəçilər polis gələnə qədər Kareni saxlayıblar. Karen polis bölməsinə aparılıb, şəxsiyyəti müəyyən edildikdən sonra sərbəst buraxılıb”, - Mamicanyan bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: