Çin lideri: "Blokların qarşıdurmasına müqavimət göstərməliyik"

   Çin lideri:    "Blokların qarşıdurmasına müqavimət göstərməliyik"
  06 Aprel 2023    Oxunub:1017
Çin lideri Si Cinpin Avropa İttifaqının Çinə qarşı müstəqil siyasət aparacağına əminliyini ifadə edib.
AzVision.az xəbər verir ki, o, bu barədə Fransa prezidenti Emmanuel Makronla görüşdən sonra deyib.

"Çin ardıcıl olaraq Avropa İttifaqını çoxqütblü dünyanın müstəqil qütbü kimi qiymətləndirir, ittifaqı strateji müstəqilliyini həyata keçirməkdə dəstəkləyir. Həmçinin təkidlə deyirik ki, Çin-Aİ münasibətləri üçüncü tərəfə yönəlməyib, üçüncü şəxslərdən asılı deyil və üçüncü tərəflər tərəfindən idarə olunmur. Mən əminəm ki, Aİ Çinlə münasibətlərini təkbaşına inkişaf etdirəcək”, - Çin lideri qeyd edi.

Si Cinpin qeyd edib ki, Çin və Fransa dünyanın çoxqütblülüyünü və beynəlxalq münasibətlərin demokratikləşməsini dəstəkləməyə davam etməli, soyuq müharibə zehniyyətinə və blokların qarşıdurmasına müqavimət göstərməli, müxtəlif qlobal çağırışlara əl-ələ verib cavab verməlidir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Çin  





Xəbər lenti