Ukrayna və Polşa birgə tank mərmiləri istehsal edəcək

   Ukrayna və Polşa birgə tank mərmiləri istehsal edəcək
  06 Aprel 2023    Oxunub:697
Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin bildirib ki, Ukrayna və Polşa 125 millimetr kalibrli tank mərmilərinin birgə istehsalı barədə razılığa gəliblər.
Bu barədə nazir özünün Telegram kanalında yazıb. Nazirin sözlərinə görə, razılıq Ukrayna prezidenti Vladimir Zelenskinin Polşaya səfəri zamanı əldə olunub. Memorandumu Ukrayna dövlət holdinqinin direktoru və Polşa istehsalçısının rəhbərliyi imzalayıb.

O əlavə edib ki, nazirliyin vəzifələrindən biri həm Ukrayna müəssisələrində, həm də xarici tərəfdaşlarla birgə mərmi istehsalının artırılmasıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti