Putin Rusiyanın Türkmənistandakı səfirini dəyişib

Putin Rusiyanın Türkmənistandakı səfirini dəyişib
  06 Aprel 2023    Oxunub:1020
Rusiya prezidenti Vladimir Putin Aleksandr Bloxini Türkmənistandakı səfir vəzifəsindən azad edib və onun yerinə İvan Volınkini təyin edib.
Müvafiq sərəncamlar aprelin 6-da hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
“İvan Kirilloviç Volınkin Rusiya Federasiyasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, - sənəddə deyilir.

Qeyd edək ki, martın sonunda prezident Putin Rusiyanın Latviya və Estoniyadakı səfirləri Mixail Vanin və Vladimir Lipayevi tutduqları vəzifələrdən azad etmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti