Müşahidə Şurasından “Neftçi”nin baş məşqçisinə irad

Müşahidə Şurasından “Neftçi”nin baş məşqçisinə irad
  08 Yanvar 2020    Oxunub:2350
Bu gün “Neftçi” Müşahidə Şurasının növbəti iclası keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə klubun rəsmi "Facebook" səhifəsində məlumat yayılıb.

İclasda əsas komandanın 2019/2020-ci illər mövsümünün ilk yarısındakı nəticələri və klubun fəaliyyəti müzakirə olunub. Klubdakı fəaliyyətə müsbət rəy verilsə də, əsas komandanın çıxışı, xüsusilə Azərbaycan kubokundan kənarda qalması qənaətbəxş hesab edilməyib.

Müşahidə Şurasının üzvləri icra orqanına fikirlərini bildirib, məşqçi və futbolçu heyəti ilə bağlı iradlarını çatdırıblar. Əsas komandanın qarşısına növbəti iki dövrədə maksimum nəticə qazanmaq tələbi qoyulub.

Azvision.az



Teqlər: Neftçi  





Xəbər lenti