Yığmamız Rusiyada təlim-məşq toplanışını davam etdirir

Yığmamız Rusiyada təlim-məşq toplanışını davam etdirir
  07 Yanvar 2020    Oxunub:2345
Yunan-Roma güləşi üzrə yığmamız Rusiyada təlim-məşq toplanışını davam etdirir.
Azvision.az xəbər verir ki, yanvarın 2-dən Saransk şəhərində hazırlığa start verən millimiz Mordoviya komandası ilə birgə məşqləri davam etdirir. Baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında baş tutan hazırlıq prosesi yanvarın 16-dək davam edəcək.

Qeyd edək ki, yunan-Roma güləşçilərimiz üçün 2020-ci ilin ilk yarışı yanvarın 18-19-da Fransanın Nitsa şəhərində Olimpiya çempionu Anri Deqlanın xatirəsinə keçiriləcək “Qran-pri” turnirində olacaq.

Azvision.az


Teqlər: Yığma   Güləş   Məşq  





Xəbər lenti