Premyer Liqada XIV turun rəmzi komandası

  10 Dekabr 2019    Oxunub : 1275
Premyer Liqada XIV turun rəmzi komandası
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun rəmzi komandası müəyyənləşib.
Azvision.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, “InStat”ın təhlili əsasında rəmzi komandaya “Qarabağ”dan 2, “Neftçi”dən 4 və “Zirə”dən 4 oyunçu daxil edilib.

Rəmzi heyətdə Səlahət Ağayev (“Neftçi”), Aliton Silva (“Qarabağ”), Adrian Skarlatake (“Zirə”), Anton Krivotsyuk, Tural Axundov (hər ikisi “Neftçi”), Nicat Süleymanov, Elvin Camalov (hər ikisi “Zirə”), Emin Mahmudov (“Neftçi”), Dani Kintana (“Qarabağ”), Xulio Sezar Rodrigez (“Zirə”) və Stiven Monroz (“Neftçi”) yer alıblar.

Azvision.az

Teqlər: PFL   Komanda